ZÜHURUN ƏLAMƏTLƏRİ


ZÜHURUN ƏLAMƏTLƏRİ

İmam Məhdi (ə)-ın dünya səviyyəli qiyam və inqilabının müəyyən nişanələri vardır. Bu nişanələri bilməyin çox mühüm tə`sirləri vardır. Bu nişanələr Ali-Muhəmmədin Məhdisinin fərəcinin müjdəsini verdiyinə görə, onların hər birinin baş verməsi intizarçıların qəlbinə ümid nuru saçacaq, inadkarlar və inhirafçılar üçün ciddi bir xəbərdarlıq olacaqdır ki, bəlkə özlərinin çirkin və yaramaz işlərindən əl çəkələr. Eləcə də bu iş müntəzilərə, zühuru görüb o həzrətlə yanaşı olmaq üçün qabiliyyət kəsb etmək, mə`sum imamla yanaşı olmaq üçün daha artıq hazırlayacaqdır. Bunu da nəzərə alaq ki, gələcəkdə baş verəcək hadisələrdən agah olmaq, onlarla daha yaxşı qarşılaşmaq üçün münasib bir proqram tökülməsini tələb edir. Belə ki, bu əlamətlər yalandan Məhdilik iddiası edənləri ayırd etməkdə gözəl bir me`yardır. Deməli, əgər bir şəxs Məhdilik iddiası etsə, lakin onun qiyamı bu əlamətlərlə yanaşı olmazsa, onun yalançı olmağını çox sadə şəkildə dərk etmək olar.

Mə`sum imamların rəvayətlərində zühur üçün çoxlu əlamətlər zikr olunmuşdur ki, onların bə`ziləri təbii və adi, bə`ziləri isə mö`cüzəli və qeyri-adi şəkildə baş verəcəkdir.

Bu əlamətlərin arasında əvvəlcə mö`təbər mənbələrdə və rəvayətlərdə daha qabarıq şəkildə qeyd olunanları qeyd edəcək, sonra isə digər əlamətlərin bir qismini ixtisarla bəyan edəcəyik.

İmam Sadiq (ə) bir rəvayətdə buyurmuşdur: «Qaimin qiyamının beş əlaməti vardır: Süfyaninin xürucu (qiyamı), yəmaninin xürucu, asimani səs, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi və Beyda çölündə qoşunun yerə batması.»[1]

Rəvayətlərə diqqət yetirməklə, çoxlu rəvayətlərdə də təkarar olunan bu beş əlaməti izah edəcəyik, baxmayaraq ki, onlarla əlaqədar hadisələrin incəliklərinin hamısı bizim üçün sübuta yetməmişdir.



[1] Qeybəti Nömani, 14-cü bab, 9-cu hədis, səh. 261