QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ


QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ

İmam Məhdinin (əc.) qeyb olmasının necəliyi və onun xüsusiyyətləri barədə bir sıra hədislər mövcuddur. Lakin buna baxmayaraq, bu qeyb barəsində qəti və aydın təsəvvür yaratmaq mümkün deyil. Aşağıda bu xüsusuiyyətlərin yalnız bir neçəsinə toxunmaq istəyirik:

1. Bulud arxasındaki günəş kimidir:

كما ينتفعون بالشمس اذا سترها سهاب))[1]

2. O görünür, amma tanınmır:

(يجعل الله بينه وبين الخلق حجا با يرونه ولا يعرفنه) [2]

3. Hər il həcc mərasimində iştirak edir. Ərəfatda dayanıb, möminlərin duasına "Amin!" deyir:

(وانه ليحضر الموسم فى كل سنة ويقف بعرفة فيْؤمن على دعاء المؤمن) [3]

4. Cismən gözlərdən uzaq olsa da, xatirəsi ürəklərdədir:

(ان غاب عن الناس شخصه فى حال هدنة لم يغب عنهم مثبوت علمه) [4]

5. Bir çox aşiqləri onu görüb tanımağa müvəffəq olmuşlar.[5]

6. Onun müəyyən bir yeri yoxdur. Çox zaman tanınmaz şəhərlərin ətrafında yaşayır.

7. O, zalımlardan uzaq yerdə, tanınmadan və digər insanlar kimi xüsusi yerlərdə yaşayır, hamı kimi yemək və geyimə ehtiyaclıdır, həyat yoldaşı və övladı var.[6]

8. Bəzi məclislərdə iştirak edir, küçə və bazarlarda yol gedir.

9. Allahın hikməti ilə bəzən onun hər hansı bir yerdə olub, lakin gözə görünməməsi də mümkündür. İmam Rza (ə) buyurmuşdur:

"...Cismən görünmür" (لا يرى جسمه) [7].

İmam Sadiq (ə) buyurmuşdur:

"Özü sizdən gizlidir" ((يغيب عنكم شخصه[8].

Bəzən də Allahın əmri ilə görünür, lakin tanınmır.

Məhəmməd ibn Osman Əmri deyir:

(يرى الناس ويعرفهم و يرونه ولا يعرفونه)[9]



[1] Yənabiul-məvəddə, səh: 477.

[2] Kəmalüddin, c. 2, səh: 351.

[3] Müntəxəbül-əsər, səh: 277.

[4] Yenə orada, səh: 272.

[5] Biharul-ənvar, Nəcmüs-saqib, Cənnətül-məva, Darüs-səlam və Əbqəriyyül-hisan kimi kitablarda həzrət Məhdi (əc.) ilə görüşənlər haqqında yüzlərlə hekayə yazılmışdır.

[6] İmam Zamanın (əc.) ailə sahibi olması barədə ziddiyyətli fikirlər mövcuddur. Burada yazılan isə yalnız müəllifin mövqeyini əks etdirir (müt.).

[7] Biharul-ənvar , c.51, səh: 33.

[8] Yenə orada, səh: 32.

[9] Yenə orada, səh: 350.