Miras və İslam üçün AlHassanain Network Düşüncə

ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR

0 Nəzərlər 00.0 / 5

ZÜHURDAN ÖNCƏKİ ƏLAMƏTLƏR

Allah-taala həzrət Məhdinin (əc.) zühurunun böyük əhəmiyyəti və habelə yanılma və sui-istifadələrin qarşısını almaq üçün, "Zühurdan öncəki nişanələr" adıyla bəzi əlаmətlər müəyyənləşdirmişdir. Zühur əlamətlərini ümumi olaraq iki qismə bölmək olar: Qəti əlamətlər və qeyri-qəti əlamətlər.

Səhih və ya mütəvatir hədislərdə gəlmiş və onların baş verəcəyinə təkid göstərilmiş əlamətlər Qəti əlamətlər adlanır; məsələn: Süfyaninin zahir olması və Nəfsi-zəkiyyənin qətli.[1]

Qeyri-qəti əlamətlər isə ya qeyri-səhih hədislədə gəlmiş və ya məsum tərəfindən qətiliyi göstərilməmişdir; məsələn: 5 dəfə ayın və 15 dəfə günün tutulması [2].

Digər bir baxışdan isə, bu əlamətləri üç yerə bölmək olar: Yaranış alәmində olan qeyri-təbii əlamətlər, ictimai münasibətlərdə və insanların rəftarında olan əlamətlər və təbii fenomenlər; məsələn: Ramazan ayında ardıcıl olaraq gün və ay tutulmaları, şərq səmasında böyük alovun şölələnməsi, günəşin qərbdən doğması, fəsad və günahların artması, yalançı peyğəmbərlərin çoxalması və insanların yeddidə beşinin müharibələrdə həlak olması.

Zühur əlamətlərini araşdırarkən unutmaq lazım deyil ki, onların hər hansı birinin həyata keçməməsi zühurun təxiri demək deyil. Çünki, "Allah fərəc və zühura yalnız bircə gecədə şərait yaradacaqdır". Buna görə də daim intizarda olmaq lazımdır, belə ki, zühura hazırlıq hər gün yeniləşməlidir.



[1] Müntəxəbül-əsər, səh: 439.

[2] Yenə orada, səh: 440.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə