Miras və İslam üçün AlHassanain Network Düşüncə

MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ

0 Nəzərlər 00.0 / 5

MÜNTƏZİRLƏRİN (intizarda olanların) XÜSUSİYYƏTLƏRİ

*Məhdini tanıyıb, imamlığına inanmaq

İmam Məhdini (əc.) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin ümdə xüsusiyyəti, intizarın mühüm amili və onun müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur:

ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان

"Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar"[1].

*Təqva və gözəl əxlaq

İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir:

ان اكرمكم عند الله اتقكم

Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır"[2].

Həmçinin, imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür:

افضلكم ايمانا احسنكم اخلاقا

"Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır".

Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü,təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz.

İmam Sadiq (ə) buyurmuşdur:

من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر

"Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən intizarda olmalı və zühuru gözlədiyi halda təqva və gözəl əxlaqla rəftar etməlidir"[3].

*İtaət və tabelik

Öz məsum imamının yolunu gözləyənlər, onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinə hazırlamalıdır.

İmam Sadiq (ə) buyurmuşdur:

طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره

"Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər"[4].

*Həzrət Məhdinin (əc.) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq

Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri, onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz; necə ki, dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Məhdinin (əc.) həqiqi müntəzirləri də, heç şübhəsiz ki, onun dostlarını sevib, düşmənlərinə qarşı düşmən olmalıdırlar; çünki onların bu intizarı, imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür.

Peyğəmbər (s) buyurmuşdur:

طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه

"Xoş olsun mənim əhli-beytimin qiyam edənini görəcək şəxslərə; onlara ki, hələ qeyb dövründə və qiyamından qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olarlar"[5].

İNTİZAR

Nəhayət, İmam Məhdinin (əc.) üzücü qeyb dövrü başa çatacaq və əzəmətli zühur dövrü, İslam və tövhidin qələbə dövrü başlayacaqdır.

İmam Məhdini (əc.) bu əqidə ilə tanıyanlar, onun vilayət və itaət peymanını öhdəsinə götürənlər həmişə gözüyolda olub, özlərini və cəmiyyəti zühur dövrünə hazırlamağa çalışırlar.

Müqəddəs hədislərdə vəd olunmuş Məhdinin (əc.) intizarını çəkmək, Allah yolunda cihad və hətta Peyğəmbər (s) qabağında cihad edib, şəhid omaqla bərabər bilinmişdir[6]. Bu, bir tərəfdən qeyb dövründə intizarda olmağın çox böyük əhəmiyyətini, digər tərəfdən isə, intizar yolunun çətinliklərini və bu yolda daha artıq zəhmətin lazım olduğunu göstərir.

İntizar, heç də bir yerdə oturmaq, laqeydlik və gələcəyə göz dikmək demək deyil. İntizar - ayağa qalxmaq, fəsad və zülmlərə qarşı etiraz etmək və aydın sabahlara zəmin yaratmaq dеmәkdir.



[1] Biharul-ənvar, c. 52, səh: 122, hədis: 4.

[2] Hucurat/13.

[3] Biharul-ənvar, c. 52 səh: 140, hədis: 50.

[4] Yenə orada, səh: 150, hədis: 76.

[5] Yenə orada, c. 51, sәh: 72.

[6] Biharul-ənvar, c.52, səh: 126.

Öz nəzərinizi bildirin

İzləyicilərin nəzərləri

Heç bir nəzər yoxdfur
*
*

Miras və İslam üçün AlHassanain Network Düşüncə